BAKI, 9 mart. TELEQRAF
İran ABŞ qüvvələrinin ölkə ərazisinə hücum edəcəyi istənilən bölgəni hədəfə alacağını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf açıqlama verib.
Onun sözlərinə görə, ABŞ İrana hansı ərazidən hücum edərsə, həmin bölgə İranın cavab zərbəsinin hədəfinə çevriləcək.
"Al Jazeera" telekanalının yaydığı məlumata görə, Qalibaf qeyd edib ki, regionda ABŞ-nin İrana qarşı istifadə olunacaq hərbi bazaları İran ordusu üçün hədəf olacaq.
Qalibaf əlavə edib ki, bəzi qonşu dövlətlər ABŞ qüvvələrinin öz ərazilərindəki fəaliyyətini və hərəkətlərini nəzarətdə saxlayacaqlarına söz veriblər.