BAKI, 2 mart. TELEQRAF
İran Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına ballistik raketlərlə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası təhlükəsizlik strukturlarındakı məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, raketlər hədəflərinə çatıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranın təhlükəsizlik qüvvələrini silahı yerə qoymağa çağırmış və əks halda onları ölüm təhlükəsi ilə hədələmişdi. Onun sözlərinə görə, ABŞ İran ərazisində yüzlərlə hədəfi vurub.