BAKI, 2 mart. TELEQRAF
ABŞ-nin Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı hərbi əməliyyatın zaman cədvəli təxminən dörd həftəlik proses kimi planlaşdırılıb və bu müddətə uyğun davam etməlidir.
Teleqraf xəbər verir ki, bu barədə "Clash Reports" yazır.
Trampın sözlərinə görə, İran böyük ölkədir və əməliyyatın başa çatması üçün təxminən dörd həftə, yaxud daha az vaxt lazım olacaq.