BAKI, 28 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrandan uranın zənginləşdirilməsi fəaliyyətini tamamilə dayandırmağı tələb etdiyini bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bildirib ki, Vaşinqton Tehrandan nüvə proqramı çərçivəsində uranın zənginləşdirilməsinə son qoymasını gözləyir. ABŞ lideri bu tələbin mümkün razılaşmanın əsas şərtlərindən biri olduğunu vurğulayıb.

İran tərəfi isə daha əvvəl dəfələrlə bəyan edib ki, nüvə proqramı dinc məqsədlər daşıyır və ölkənin atom silahı yaratmaq niyyəti yoxdur.