BAKI, 23 fevral. TELEQRAF
ABŞ-a məxsus casus təyyarəsi İran yaxınlığında aşkar edilib
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Boeing P-8A Poseidon" sualtı qayıq əleyhinə kəşfiyyat təyyarəsi İran sərhədləri yaxınlığında, Hörmüz boğazı üzərində uçarkən aşkar edilib.
Teleqraf xəbər verir ki, İran sərhədləri yaxınlığında müntəzəm olaraq uçuşlar həyata keçirən kəşfiyyat təyyarəsi Bəhreyndən havaya qalxıb və təxminən dörd saat Hörmüz boğazında dövrə vurub.