BAKI, 23 fevral. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubionun İsrailə planlaşdırılan səfəri təxirə salınıb.
Teleqraf xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Bildirilir ki, şənbə gününə planlaşdırılan səfər 2 mart tarixinə təyin edilib.
Rubionun səfəri cümə axşamı günü İsveçrənin Cenevrə şəhərində keçirilməsi planlaşdırılan İranın nüvə proqramı üzrə danışıqların üçüncü raundundan sonra olacaq.
Əvvəlki raundlarda olduğu kimi, ABŞ və İran nümayəndələri arasında danışıqlara Oman rəsmiləri rəhbərlik edəcək.
İran diplomatlarının görüşdən əvvəl ABŞ nümayəndə heyətinə nüvə sazişi üçün hərtərəfli təklif təqdim etməsi, bundan sonra isə danışıqlar zamanı müzakirə olunması planlaşdırılır.