BAKI, 23 fevral. TELEQRAF
“Qarabağ”da hücumçu Duranı çox bəyənirəm, o sürətlə arxadan hücum edən real təhlükədir və qol vurmaq qabiliyyəti var. Bu oyuna qədər onları heç vaxt kiçik görməmişik”.
Teleqraf xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya yaxşı hazırlaşdıqlarını bildirib: “Qarabağ"a qarşı ilk oyun cari mövsüm əldə etdiyimiz ən yaxşı nəticə idi. Düşünürəm ki, heyətə baxacağıq və güclü heyət seçməyə çalışacağıq. Sabah qalib gəlmək istəyirik”.
Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxti ilə saat 00:00-da İngiltərədə baş tutacaq. Tərəflər arasında ilk görüş ingilislərin 6:1 hesablı qələbəsi ilə başa çatıb.