SUMQAYIT, 24 fevral. TELEQRAF

Sumqayıt şəhərində zəhərlənmə hadisəsi ölümə səbəb olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1989-cu il təvəllüdlü Natiq Mehdiyev kimyəvi maddədən zəhərlənmə əlamətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bildirilib ki, 37 yaşlı şəxsə əvvəlcə yerində tibbi yardım göstərilib, daha sonra isə Bakıda yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.