BAKI, 24 fevral. TELEQRAF

Bu gün Novruz bayramının ilk çərşənbəsi – Su çərşənbəsidir.

Teleqraf xəbər verir ki, boz ayın ilk çərşənbəsi olan Su çərşənbəsi Novruz bayramının başlanğıcı sayılır.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı günləri olaraq müəyyən edilib.

Martın 3-də Od çərşənbəsi, martın 10-da Yel çərşənbəsi, martın 17-də Torpaq çərşənbəsi qeyd olunacaq.