BAKI, 23 fevral. TELEQRAF
Macarıstanın veto hüququ səbəbindən Aİ xarici işlər nazirləri Kiyev üçün 90 milyard avroluq maliyyələşdirmə planını təsdiqləyə bilməyib.
Teleqraf xəbər verir ki, bunu Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas bildirib.
"Nazirlər Ukrayna üçün 90 milyard avroluq kreditlə bağlı kompromis əldə edə bilməyiblər ", - deyə o, mətbuat konfransında qeyd edib.
Kallas əlavə edib ki, Avropa Komissiyasının başqa bir planı var: Rusiya aktivlərindən istifadə etmək.