BAKI, 23 fevral. TELEQRAF
UEFA "Benfika"nın argentinalı futbolçusu Canluka Prestianini müvəqqəti olaraq rəsmi oyunlardan kənarlaşdırıb.
Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi "Real Madrid"in hücumçusu Vinisius Juniora qarşı mümkün irqçi təhqirlərə görə cəzalandırılıb.
Portuqaliya klubu qərardan apelyasiya şikayəti vermək niyyətindədir.
Qeyd edək ki, "Benfika" və "Real Madrid" arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Prestianin Vinisiusu təhqir etdiyi üçün sonuncu hakimə yaxınlaşaraq onu məlumatlandırıb.
Qeyd edək ki, Portuqaliyada keçirilən ilk oyunda "Kral klubu" 1:0 hesablı qələbə qazanıb. Cavab oyunu fevralın 25-də Madriddə keçiriləcək