BAKI, 23 fevral. TELEQRAF

Türkiyə Superliqasında XXIII turun növbəti oyunu keçirilib.

Teleqraf xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" evdə "Kasımpaşa" ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hazırda "sarı-lacivərdlilər" 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Superliqaya 55 xalla "Qalatasaray" başçılıq edir.