BAKI, 23 fevral. TELEQRAF
Peruda Mi-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 15 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qəzaya uğrayan Çala-Vyexo yaşayış məntəqəsi ərazisində, Karaveli əyalətində, Arekipa rayonunda tapılıb.
Xilasedicilər 4 ekipaj üzvünün və 11 sərnişinin həlak olduğunu təsdiqləyiblər. Ölənlərin arasında uşaqlar da var.
Qəzanın səbəbi araşdırılır.