BAKI, 23 fevral. TELEQRAF
Ukraynanın cənubundakı Nikolayev şəhərində fəaliyyət göstərməyən yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna DİN özünün Telegram kanalında məlumat verib.
"Nikolayivdə fəaliyyət göstərməyən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Növbə dəyişikliyinə gələn və maşınlarını orada park edən yeddi patrul polisi əməkdaşı yaralanıb", - deyə açıqlamada bildirilir.
Yaralılardan ikisinin vəziyyəti ağırdır.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, istintaq hadisənin terror aktı olub-olmadığını araşdırır. .
"Bütün hallar araşdırılır. Xüsusilə, terror hücumu ehtimalı araşdırılır. Mən Milli Polisə və Təhlükəsizlik Xidmətinə ictimaiyyəti lazımi detallar barədə məlumatlandırmağı tapşırmışam", - deyə Zelenski qeyd edib.