BAKI, 22 fevral. TELEQRAF
NASA texniki problemlər səbəbindən mart ayına planlaşdırılan “Artemis II” pilotlu Ay missiyasının startını təxirə salıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ kosmik agentliyinin rəhbəri Cared Ayzekman “X” sosial şəbəkəsində məlumat verib.
O, mart ayındakı start pəncərəsi artıq nəzərdən keçirilmədiyini açıqlayıb və bu qərarın məyusedici adlandırıb.
Yeni mümkün buraxılış tarixi hələ açıqlanmayıb.