BAKI, 21 fevral. TELEQRAF
Gürcüstan hökuməti 2026-cı il martın 1-dən bir sıra peşələrdə xarici vətəndaşların işləməsini məhdudlaşdıran qərar qəbul edib.
Teleqraf gürcü mediasına istinadən xəbər verir ki, martın 1-dən xarici vətəndaşlar Gürcüstanda iş əsaslı yaşayış icazəsi almalıdırlar.
Xüsusilə, əcnəbilərə kuryer xidmətlərində, sərnişin daşımalarında (taksi də daxil olmaqla) və turist bələdçi xidmətlərinin göstərilməsində işləmək tamamilə qadağan ediləcək. Sadəcə 200 nəfərə ilin sonuna qədər xizək bələdçisi kimi işləməyə icazə veriləcək.
Qadağalar sözügedən sektorlardakı sahibkarlıq fəaliyyətlərinə aiddir.