BAKI, 20 fevral. TELEQRAF

Britaniya hökuməti Kral III Çarlzın kiçik qardaşı Endryu Mauntbatten-Vindsoru varislik xəttindən kənarlaşdıra bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Bildirilir ki, hökumət müvafiq qanun layihəsinin parlamentə təqdim edilməsi imkanını nəzərdən keçirir.

"YouGov"un sorğusuna görə, respondentlərin 82%-i bu təşəbbüsü dəstəkləyir.

Bir gün əvvəl polis Endryunu ad günündə vəzifə səlahiyyətlərini pozmaqda şübhəli bilinərək saxlayıb. O, 12 saatlıq dindirmədən sonra sərbəst buraxılıb. Mediada yayılan məlumatlara görə, dindirmə Epşteyn işi çərçivəsində aparılan istintaqla bağlıdır. Məlumata görə, Endryu ölkənin ticarət nümayəndəsi vəzifəsində çalışarkən Epşteynə məxfi sənədlər ötürüb.