BAKI, 21 fevral. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Parlaq İmzalar Nəşriyyatı ilə birgə layihəsi çərçivəsində kitab hədiyyəsi ənənəsini davam etdirib.

Qurumdan Teleqraf-a verilən məlumata görə, Bakı–Qazax, Bakı–Ağstafa və Bakı–Ağdam marşrutları üzrə hərəkət edən qatarlarda şənbə günləri sərnişinlərə kitablar təqdim olunur.

"Səfər yeni səhifələrlə daha mənalı və yaddaqalan olur. Bir kitab bəzən ən gözəl yol yoldaşıdır. Biz də bu dəyəri paylaşmağa davam edirik", - deyə qurumdan bildirilib.