BAKI, 21 fevral. TELEQRAF
Rusiya və ABŞ münaqişənin həlli üçün Ukraynadan qoşunlarını Donbasdan çıxarmağı tələb edirlər.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski AFP-yə verdiyi müsahibədə bildirib.
"Amerikalılar və ruslar deyirlər: əgər münaqişənin sabah bitməsini istəyirsinizsə, Donbasdan çıxın", - deyə o bildirib.
Zelenski daha öncə bildirib ki, Rusiya Donbasdan eyni məsafədə geri çəkilərsə, Kiyev qoşunların çıxarılması məsələsini müzakirə etməyə hazırdır. O qeyd edib ki, Ukrayna xalqı Ukrayna Silahlı Qüvvələrinin Donbasdan birtərəfli şəkildə çıxarılmasını nəzərdə tutan sülh sazişinə qarşı çıxacaq.