BAKI, 21 fevral. TELEQRAF
Parisdə hüquq-mühafizə orqanları partlayıcı qurğularla bağlı daxil olan məlumatlardan sonra bir neçə binadan insanları təxliyə edib.
Teleqraf xəbər verir ki, bu barədə BFMTV telekanalı polis mənbələrinə istinadən xəbər verib.
Məlumata görə, təxliyə edilən obyektlər arasında "Montparnasse Tower"in müşahidə meydançası və "Sciences Po"nun binaları var.
Telekanal qeyd edir ki, bomba barədə məlumatlardan biri Eyfel qülləsi ilə bağlı olub, lakin polis məşhur abidənin ziyarətçilərini təxliyə etməyib.
Hadisə ilə bağlı araşdırma aparılır.