BAKI, 21 fevral. TELEQRAF

Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün tədbirlər planı təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2026-cı il 21 fevral tarixli Sərəncamı ilə təsdiq olunub.

Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədi daşıyır.