BAKI, 21 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyasının idxal rüsumları ilə bağlı növbəti addımlarının daha mürəkkəb, lakin çox güclü olacağını bəyan edib.
Teleqraf xəbər verir ki, o, bunu Ağ Evdə keçirilən plansız mətbuat brifinqi zamanı deyib.
“Biz çox güclü bir şey edirik və bəzi insanların fikrincə, bunu ilk növbədə etməli idik, amma bu daha mürəkkəbdir”, - deyə Tramp vurğulayıb.