BAKI, 21 fevral. TELEQRAF
Britaniya Ukraynaya sülhməramlı qoşunlar göndərməlidir. Bu, Rusiya Prezidenti Vladimir Putinin düşüncə tərzini dəyişdirmək üçün lazımdır.
Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərb Ukraynaya qoşun göndərmək üçün müharibənin bitməsini gözləməməlidir.
"Azad və müstəqil Ukraynaya dəstəyimizi nümayiş etdirmək üçün ora dinc quru qoşunları göndərə bilməməyimizin səbəbini anlamıram. Qərb müttəfiqləri Ukraynanı dəstəkləməkdə çox ehtiyatlı və yavaş hərəkət edirlər" - Conson qeyd edib.