BAKI, 21 fevral. TELEQRAF

"Brüssel Rusiyanı döyüş meydanında məğlub etmək istəyir. Napoleon və Hitler bunu etməyə çalışdılar, amma bacarmadılar. Yəqin ki, Kaya Kalas bunu bacaracaq..."

Teleqraf xəbər verir ki. bunu Macarıstanın Baş naziri Viktor Orban Bekeşşaqda keçirilən seçki kampaniyasında çıxışı zamanı bildirib.

Macarıstanın Baş naziri vurğulayıb ki, Aİ-nin və xüsusən də Almaniya kansleri Fridrix Merzin "Rusiya iqtisadiyyatı sanksiyalara tab gətirməyəcək" arqumenti fərziyyə üzərində qurulmuş səhv strategiyadır.

“Düşünürəm ki, bu, səhvdir. Bu ideyasına və planına qoşulan hər kəs sonda öz ölkəsini bəlaya salacaq. Onlar öz ölkələrini məhv edəcəklər. İqtisadi baxımdan dağılacaq Rusiya deyil, Avropa Birliyi olacaq”, - deyə o qeyd edib.