BAKI, 21 fevral. TELEQRAF
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Ozan küçəsi ilə Xudatbəy Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobillə "Hyundai" markalı maşın toqquşub. İlkin məlumata görə, qəza zamanı 1973-cü il təvəllüdlü Mübariz Huseynov, 1990-cı il təvəllüdlü Pərviz Əhmədov, 1991-ci il təvəllüdlü Sahib Cəfərov xəsarət alıblar.
Faktla bağlı araşdırma başlanılıb.