BAKI, 21 fevral. TELEQRAF
ABŞ İordaniyada yerləşən "Muvaffak Salti" aviabazasında 60-dan çox hərbi təyyarə yerləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin peyk görüntüləri və uçuş məlumatlarına əsaslanan yazısında bildirilir ki, bu rəqəm bazada adətən yerləşdirilən təyyarələrin sayından təxminən üç dəfə çoxdur. Qeyd olunur ki, bazaya bazar günündən etibarən azı 68 nəqliyyat təyyarəsi eniş edib. Təyyarələrin bir hissəsinin anqarlarda yerləşdirildiyi də istisna edilmir.
Məlumata görə, bazada beşinci nəsil F-35 qırıcıları, pilotsuz uçuş aparatları və helikopterlər müşahidə olunub. Qəzetin qiymətləndirməsinə əsasən, hərbi mövcudluğun bu cür artırılması ABŞ-nin "Muvaffak Salti" aviabazasını İrana qarşı mümkün zərbələrin planlaşdırılması üçün əsas mərkəz hesab etdiyini göstərə bilər.