BAKI, 20 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq istədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda davam edən müharibəni "dəhşətli" adlandırıb.

Qeyd edək ki, ötən gün Amerika lideri Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaların bir il müddətinə uzadılması barədə sərəncam imzalayıb.