BAKI, 20 fevral. TELEQRAF
Tehran Vaşinqtona nüvə istehsalını 10 il müddətinə dayandırmağa hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bununla belə Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib.
İran uranın zənginləşdirilməsini Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən müstəsna hüququ kimi görür.
Daha öncə bildirilib ki, Cenevrədə keçirilən ABŞ-İran danışıqlarında Tehran Vaşinqtonun nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını aradan qaldırmaq üçün yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini Rusiya kimi üçüncü tərəfə göndərməyi təklif edib. Nəşr iddia edir ki, İran üç ilə qədər zənginləşdirməni dayandırmağa hazırdır.
Lakin Tramp administrasiyası proqramın tamamilə dayandırılmasında israr edir. Danışıqlar fonunda ABŞ regionda hərbi mövcudluğunu artırır və İran Hörmüz boğazını bağlamaqla hədələyib.