BAKI, 20 fevral. TELEQRAF

Rusiya, ABŞ və Ukrayna mümkün atəşkəsin monitorinqi ilə bağlı danışıqlarda irəliləyiş əldə ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“Hərbi cəbhədə, hərbi alt qrupda konstruktiv iş aparıldığına inanıram. Şərqi Ukrayna, Donbas məsələsi, ərazi məsələsi ilə bağlı həssas məsələlər - hələlik heç bir konstruktiv həll yolu tapılmayıb”, - deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, 17-18 fevral tarixlərində Cenevrədə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlar aparılıb. İkinci gün görüş təxminən iki saat davam edib. Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski söhbətin "çətin, lakin işgüzar" keçdiyini bildirdi.