BAKI, 20 fevral. TELEQRAF

ABŞ Ali Məhkəməsinin qərarına baxmayaraq, milli təhlükəsizliklə bağlı bütün tariflər qüvvədə qalacaq.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib .

"Bu gün artıq tətbiq olunan adi tariflərimizə əlavə olaraq 10% qlobal tarif tətbiq edən bir sərəncam imzalayacağam", - deyə o bildirib.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi Trampın tariflərini qanunsuz elan edib. Məhkəmənin qərarına əsasən, prezident milli fövqəladə vəziyyət qanunu çərçivəsində tariflər tətbiq edərkən səlahiyyətlərini aşıb. Bu tariflər Kanada, Çin və Meksikanı hədəf alaraq ABŞ-yə dərman daşınmalarını dayandırmaq məqsədi daşıyırdı.

Ali Məhkəmə həmçinin izah edib ki, idxal rüsumlarını tətbiq etmək müstəsna səlahiyyəti yalnız ABŞ Konqresinə məxsusdur. Məhkəmə vurğulayıb ki, icra hakimiyyətinin (ABŞ Prezidenti də daxil olmaqla - red) vergi tətbiq etmək səlahiyyəti yoxdur.

Tramp Ali Məhkəmənin tarif qərarını "dərin məyusedici" adlandırıb və məhkəməni xarici maraqlara xidmət etməkdə günahlandırıb: "Ali Məhkəmənin qərarı səhvdir. Amma bunun əhəmiyyəti yoxdur, çünki bizim çox güclü alternativlərimiz var".