KƏLBƏCƏR, 20 fevral. TELEQRAF

Kəlbəcər rayonunda 56 yaşlı kişi işlədiyi müəssisədə ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1969-cu il təvəllüdlü R.İsmayılov iş zamanı vəfat edib.

İlkin məlumata görə, Rəsul İsmayılov ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.