BAKI, 20 fevral. TELEQRAF
Ermənistanın paytaxtı İrəvanda genişmiqyaslı axtarışlar aparılır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi "News.am"a bildirib.
Məlumata əsasən, Daxili İşlər Nazirliyinin Cinayət Polisinin əməkdaşları İstintaq Komitəsindəki həmkarları ilə birlikdə paytaxtda təxminən 40 ünvanda axtarış aparırlar.
İstintaq Komitəsi bildirib ki, axtarış 18 fevralda Ajapnyakda baş vermiş qətl, adam öldürməyə cəhd, xuliqanlıq və odlu silahların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işinin ibtidai istintaqı çərçivəsində aparılır.