BAKI, 20 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə qubernatorlarla görüşdən əvvəl İrana lokal hücum əməliyyatı barədə düşündüyünü bildirib.
Teleqraf xəbər verir ki, ABŞ lideri uyğun suala cavab olaraq bildirib: "Düşünürəm ki, bu ehtimalı nəzərdən keçirdiyimi deyə bilərəm".
Daha əvvəl "The Wall Street Journal" qəzeti Trampın Tehranı nüvə sazişində Vaşinqton üçün əlverişli şərtlərlə razılaşmağa təşviq etmək üçün lokal əməliyyat həyata keçirməyi düşündüyünü yazmışdı .