BAKI, 20 fevral. TELEQRAF
Əfqanıstanın Bazarak şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələ Kabilin şimalında yerləşən Bazarak şəhərində, 90,7 kilometr dərinlikdə baş verib.
İlkin məlumata görə, zəlzələ nəticəsində tələfat yoxdur.