BAKI, 20 fevral. TELEQRAF

Ağ Ev ABŞ Prezidenti Donald Trampın 31 mart - 2 aprel tarixlərində Çinə səfər edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Ev sözçüsünə istinadən məlumat yayıb.

Tramp bu yaxınlarda "NBC News"a verdiyi müsahibədə aprel ayında Çinə səfər edəcəyini açıqlamışdı. O, Si Cinpin də bu ilin sonunda ABŞ-yə səfər edəcəyini bildirib.