BAKI, 20 fevral. TELEQRAF
Ukrayna Avropa Beşliyi ölkəsinə ( Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa ) müdafiə planı təqdim edib.
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibinin müavini Radmila Şekerinska bildirib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti Ukrayna lideri Volodimir Zelenskinin Rusiya ilə münaqişənin daha üç il müddətinə idarə olunması üçün plan hazırlamağı əmr etdiyini yazmışdı.
Eyni zamanda, Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko da Kiyevin Rusiya ilə daha bir neçə il döyüşə biləcəklərini bəyan edib.