Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasını bloklayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilir ki, Macarıstanın Aİ yanındakı daimi nümayəndəsi layihənin təsdiqlənməsinə veto qoyub.
Qərarın qəbulu üçün Aİ-yə üzv olan bütün 27 ölkənin yekdil dəstəyi tələb olunur.
Layihənin təsdiqlənməməsi Ukraynanı bu il ciddi maliyyə çətinlikləri ilə üz-üzə qoya bilər.