BAKI, 20 fevral. TELEQRAF
ABŞ Ali Məhkəməsi Trampın tariflərini qanunsuz elan edib.
Teleqraf xəbər verir ki, ABŞ Ali Məhkəməsi prezident Donald Tramp tərəfindən tətbiq edilən tariflərin qanunsuz olduğuna qərar verib.
Məhkəmə qərarında qeyd olunur ki, Tramp 1977-ci il tarixli Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa əsaslanıb. Lakin həmin qanunun tətbiqi Konqres tərəfindən təsdiq olunmalıdır.
Trampın gömrük tarifləri ilə bağlı qərarları Konqres tərəfindən təsdiqlənmədiyindən bu addım Konstitusiyaya ziddir.