BAKI, 20 fevral. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXI turunun növbəti oyunu “Sumqayıt” və “Qəbələ” komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə hesab açılmayıb - 0:0.
Matçın 34-cü dəqiqəsində Qəbələ təmsilçisinin hücumçusu Adriel Ba Lua penaltidən fərqlə bilməyib.
Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 31-ə çatdıraraq 4-cü sıraya yüksəlib. “Qəbələ” 15 xalla onuncudur.
Qeyd edək ki, turun digər oyunları fevralın 21-22-də keçiriləcək.