BAKI, 18 fevral. TELEQRAF

Danimarka kralı X Frederik ABŞ-nin adaya iddiaları fonunda Qrenlandiyaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Danimarka Kral Evi səfərin 18-20 fevral tarixlərini əhatə edəcəyini açıqlayıb.

"Danimarka kralı Frederik bir il ərzində Qrenlandiyaya ikinci səfəri çərçivəsində çərşənbə günü Qrenlandiyanın paytaxtı Nuukaya gəlib. Kral adaya üzərində Danimarka və Qrenlandiya bayraqları həkk olunmuş qara rəngli tüklü gödəkçə geyinərək təşrif buyurub. Onu hava limanında adanın Baş naziri Yens-Frederik Nilsen və Qrenlandiya Parlamentinin sədri Kim Kielsen qarşılayıblar" - məlumatda qeyd olunur.

Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. ABŞ Prezidenti Donald Tramp dəfələrlə adanı Amerika dövlətinə birləşdirmək istəyini bildirib.