BAKI, 18 fevral. TELEQRAF
İrəvanda baş verən atışmada 7 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
"Bu gün Ajapnyak rayonunda baş verən hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti son dərəcə ağır hesab olunur", - deyə açıqlamada bildirilir.
Daha bir yaralını xilas etmək mümkün olmayıb.
Shamshyan.com portalı hadisə nəticəsində 10 nəfərin yaralandığını yazıb. Jurnalistlər həmçinin hadisə yerində avtomat və tapançadan atəş səslərinin eşidildiyini bildiriblər.
Daxili İşlər Nazirliyi bildirib ki, polis hadisənin bütün hallarını aydınlaşdırmaq üçün təcili əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.