BAKI, 18 fevral. TELEQRAF
ABŞ-nin Kolorado ştatında 30-dan çox avtomobilin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində azı 4 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, qəza Pueblo şəhərinin cənubunda yerləşən I-25 dövlətlərarası magistral yolunda baş verib. Qəza nəticəsində 4 nəfər ölüb, 29 nəfər yaralanıb.
Telekanalın bildirdiyinə əsasən, qəza güclü küləyin qaldırdığı toz səbəbindən yaranan zəif görünmə şəraitində baş verib.
Hadisə yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.