BAKI, 18 fevral. TELEQRAF
Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, bu gün Nəriman Həsənzadənin 95 yaşı tamam olur.