BAKI, 18 fevral. TELEQRAF

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Azərbaycan xalqını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

"Avropa İttifaqının nümayəndəliyi Müqəddəs Ramazan ayı münasibətilə Azərbaycan və bütün dünyadakı müsəlmanları təbrik edir. Arzu edirik ki, bu müqəddəs ay sizə özünüzü daha yaxşı tanımağınıza, mənəvi dirçəlişinizə kömək etsin, sizə və yaxınlarınıza sülh gətirsin. Ramazan ayınız mübarək!", - o yazıb.