BAKI, 18 fevral. TELEQRAF

BMT Təhlükəsizlik Şurası fevralın 20-də Rusiyanın təşəbbüsü ilə “Arria formulu” çərçivəsində Ukrayna münaqişəsinin mediada işıqlandırılması mövzusunda qeyri-rəsmi görüş keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, tədbir zamanı Qərb və Ukrayna KİV-lərinin Ukrayna böhranının yanlış qavranılmasının formalaşmasındakı rolu müzakirə olunacaq. Görüş Nyu-York vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 19:00) keçiriləcək.

Tədbirin rəsmi mövzusu belədir: “Ukrayna böhranının informasiya ölçüsü: hadisələrin mediada işıqlandırılması münaqişənin gedişinə necə təsir edir”.