BAKI, 18 fevral. TELEQRAF

72-ci dəqiqədə "Nyukasl" 6-cı qolu vurur. Yakob Merfi adını tabloya yazdırır.

***

55-ci dəqiqədə Elvin Cəfərquliyev hesab arasındakı fərqi azaldır - 1:5.

***

İkinci hissə başladı.

***

İlk hissə İngiltərə təmsilçisinin 5:0 hesablı üstünlüyü ilə başa çatdı.

***

45+1-ci dəqiqədə Qordon poker edir - 0:5.

***

İki dəqiqə sonra Qordon het-trik edir - 0:4

***

32-ci dəqiqədə Entoni Qordon penaltidən fərqlənməklə dublunu rəsmləşdirir - 0:3

***

9-cu dəqiqədə Malik Tşau “Nyukasl”ın ikinci qolunu vurdu.

***

21:48

“Nyukasl”ın futbolçusu Entoni Qordon 3-cü dəqiqədə hesabı açdı.

***

21:45
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la ilk oyunu başlayıb.

Teleqraf xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.