BAKI, 18 fevral. TELEQRAF
"İranı hədəf alan yeni bir müharibə heç kimə heç nə qazandırmaz, əksinə, bölgəmiz uduzar".
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiya səfərindən qayıdarkən media nümayəndələrinin suallarına cavabda deyib.
"Türkiyə olaraq İrana hərbi müdaxiləyə qarşı olduğumuzu bütün tərəfdaşlarımıza çatdırdıq", - deyə Ərdoğan əlavə edib.