BAKI, 18 fevral. TELEQRAF

"Macarıstan "Drujba" neft kəmərinin bağlanmasının Rusiyanın hücumu ilə bağlı olduğunu yaxşı bilir".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixi Macarıstanın xarici işlər naziri Peter Siyartoya cavab olaraq bildirib.

"Macarıstan ilk gündən boru kəmərinin niyə bağlandığını dəqiq bilirdi. Bu vəziyyətdə Macarıstan tərəfinin Rusiyanın boru kəmərinə - onların sevimli neft tədarükünə, etibar etdiklərinə atəş açdığına dair heç bir açıq açıqlama verməməsi təəcüblüdür" - Ukrayna rəsmisi bildirib.

Xatırladaq ki, 27 yanvarda Rusiya "Drujba" neft kəmərinə hücum edərək neftinin Macarıstana tranzitini dayandırıb. Kəmərini təmiri başa çatana qədər Macarıstan Xorvatiyanın Adria boru kəməri vasitəsilə Rusiya neftini idxal edə biləcək.