BAKI, 18 fevral. TELEQRAF
“Gürcüstanda demokratik və avropapərəst qüvvələrə dəstəyin davam etdirilməsində qərarlıyıq”.
Teleqraf xəbər verir ki, bunu İsveç xarici işlər naziri Mariya Malmer Stenerqard deyib.
Nazirin sözlərinə görə, hazırda bir çox ölkə üzvlük üçün Avropa İttifaqının qapısını döyür, azad Avropanın - dünyanın ən böyük vahid bazarının bir hissəsi olmaq istəyirlər.
“Namizəd ölkələrə ittifaqa üzvlükdə irəliləyiş əldə etmək üçün kömək göstərməkdə maraqlıyıq. İsveç bu baxımdan Gürcüstanda baş verən hadisələrdən ciddi narahatdır. Həmçinin, qətiyyətlə demokratik və avropapərəst qüvvələrə dəstəyi davam etdirməkdə qərarlıyıq”, - Mariya Malmer Stenerqard bildirib.