BAKI, 18 fevral. TELEQRAF
Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Cenevrədə Ukrayna tərəfi ilə iki saatlıq qapalı danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri olan Vladimir Medinskinin özü bildirib.
O, qapalı görüşün üçtərəfli görüşdən sonra olduğunu deyib.
Qeyd edək ki, üçtərəfli danışıqlar 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.